Çapa göndər
KTMT sülhməramlıları Qazaxıstanı tamamilə tərk etdi

19 yanvar 2022 - 13:30

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstanı tam tərk edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“KTMT-nin sonuncu Rusiya sülhməramlıları dörd təyyarə ilə Qazaxıstandan çıxıblar”, - məlumatda qeyd olunub.