Çapa göndər
İranda erməni kilsəsi bərpa edildi

19 yanvar 2022 - 11:19

İranın cənub-qərbində yerləşən Buşehr şəhərində erməni kilsəsi abadlaşdırılıb.

Bu barədə "Tehran Times" məlumat yayıb.

Bildirilib ki, Qriqorian kilsəsinin ərazisinin abadlaşdırılması və təmizlənməsi proqramı başa çatıb və indi yerli hakimiyyət orqanları yaxın vaxtlarda tarixi abidəni ziyarətçilərin üzünə açmağı planlaşdırır.

Monastırın köhnə quruluşu, həyəti və digər binaları yenidən quruldu. Bundan əlavə, məbədin ərazisindəki qəbir daşlarının sənədləşdirilməsi işləri aparılır.