Çapa göndər
15 yaşlı qızı evlənmək üçün qaçırtdılar

18 yanvar 2022 - 12:05

Bakıda itkin düşmüş 15 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub.

Nizami Rayon Polis İdarəsinə paytaxt sakini, 2007-ci il təvəllüdlü R.Hüseynovanın itkin düşməsi ilə bağlı yanvarın 17-də məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.