Çapa göndər
Bakıda ağır avtobus qəzası baş verdi

17 yanvar 2022 - 19:06

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayon ərazisində yerləşən İkinci Mədən ərazisində qeydə alınıb.

Şahidlərin dediyinə əsasən, qəza zamanı sərnişinlər arasında xəsarət alanlar olub.