Çapa göndər
Gülağa Tənha : Kimliyi göstərən işlər...

17 yanvar 2022 - 10:36

 Bu dəfə sizə Xeyriyyəçi-şair Gülağa Tənhanın həyat yolundan və gördüyü işlərin bir qismini təqdim edirik. Son günlərdə mətbuatda yayımlanan səs yazısından bəlli olur ki, memarlı və inşaat sahəsində, artıq inkişaf etmiş ölkələrdə gördüyü işlərlə tanınmaqda olan Gülağa Qənbərov (Tənha) qazandığı təcrübəni, israfçılığa yol vermədən Qarabağımızda yenidən qurma işləri üçün öz töhfəsini verməyə hazır olduğunu bildirir.


          Gülaga Məmi oğlu Qənbərov 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan qəsəbsində anadan olub.
Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq üzrə fəlsəfə doktorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. “Gülaga Qənbərov Fondu”nun prezidentidir.
Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.