Çapa göndər
Türkiyə beynəlxalq aləmdə adını dəyişmək qərarına gəlib

15 yanvar 2022 - 17:40

Türkiyə hökuməti dövlətin adının beynəlxalq ailəmdə “Turkey” deyil “Türkiye” adlandırılması üçün kampaniyaya başlayıb.

Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, ölkənin beynəlxalq səviyyədə kimliyini qorumaq, etibar və nüfuzunu daha da gücləndirmək üçün bundan sonra “Turkey” deyil, “Turkiye” kimi yazaq və tələffüz edək.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun isə bildirib ki, xaricdə “Hello Türkiye” adlı kampaniyaya başlayıblar.