Çapa göndər
Azərbaycan bayrağı Atakule qülləsində

14 yanvar 2022 - 22:31

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə Ankaranın simvollarından biri olan Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb.

Qüllənin üzərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin türk və ingilis dillərində "Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!” sözləri yazılmış lövhə əks olunub.

Qeyd edək ki, Azərbaycana və qardaşlığımıza aid əlamətdar günlərdə həmrəylik nişanəsi olaraq Atakule qülləsinin Azərbaycan bayrağının rənglərinə boyanması ənənə halını alıb.