Çapa göndər
Həbib də koronavirusa yoluxdu

14 yanvar 2022 - 22:25

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov koronavirusa yoluxub.

Bu barədə "Asian MMA" məlumat yayıb. Nurməhəmmədov hazırda "One Championship" turnirində iştirak etmək üçün getdiyi Sinqapurdadır.

O, COVID-19 testi pozitiv nəticə göstərdikdən sonra otel otağında karantinə alınıb.