Çapa göndər
Qırğızıstanda da "Omikron" aşkarlandı

12 yanvar 2022 - 17:21

Qırğızıstanda iki nəfərdə COVID-19-un "Omikron" variantı aşkar edilib.

Qırğızıstan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Bişkek və Çuy bölgələrində aparılan sınaqlar nəticəsində iki nəfərdə "Omikron" variantı aşkar edilib.

Son 24 saat ərzində 465 yeni COVID-19 hadisəsinin aşkar edildiyi ölkədə ümumilikdə 2823 nəfər virusdan dünyasını dəyişib.