Çapa göndər
"Google" Azərbaycanın Qarabağdakı tarixi adlarını bərpa edir

10 yanvar 2022 - 22:37

44 günlük müharibədən sonra Ermənistan rəhbərliyinin imzaladığı kapitulyasiya aktı ilə Qarabağdan çıxmalı olan qondarma qurumun ombudsmanı Geqam Stepanyan "Google” şirkətinə məktub göndərib.

O, Qarabağın işğalından sonra erməni adlarına dəyişdirilən ərazilərimizin yenidən bərpasına etiraz edib. 

Qeyd edək ki, "Google" şirkəti ikinci Qarabağ müharibəsindəki parlaq qələbədən sonra əvvəlki Azərbaycan adlarını elektron xəritədə bərpa etməyə başlayıb. Ermənilərin qoyduğu qondarma adlar isə birbaşa ləğv edilir.