Çapa göndər
Qazaxıstanda iğtişaşlarda 8 min nəfərə yaxın insan saxlanılıb

10 yanvar 2022 - 11:30

Qazaxıstanda iğtişaşlarda 7 939 nəfər saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanları Almatıda Milli Qvardiyanın və xüsusi təyinatlıların hərbçiləri ilə birlikdə 2 bazarda 207 nəfəri saxlayıb.

Oğurlanmış 5 avtomobil, maddi dəyərli əşyalar və silahlar müsadirə edilərək götürülüb.