Çapa göndər
Nazarbayevin qardaşı oğlu da saxlanıldı

07 yanvar 2022 - 19:28

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu general-leytenant Samat Abiş Almatıda saxlanılıb.

Bu barədə “Orda.kz” Telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, Samat Abiş iki saat əvvəl saxlanılıb.

Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də Samat Abişi ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini vəzifəsindən azad edib. O, 2015-ci ildən bu postda çalışıb.

O, Nursultan Nazarbayevin kiçik qardaşı Satıbaldı Abişeviç Nazarbayevin oğludur. Əvvəllər Nazarbayev soyadını daşıyıb, Abiş soyadını isə babasının adı ilə götürüb.