Çapa göndər
Nazarbayev ailəsi ilə birlikdə Qazaxıstanı tərk etdi

07 yanvar 2022 - 16:32

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev ailəsi ilə birlikdə ölkəni kütləvi etirazlar fonunda tərk edib. 

Bu barədə xarici KİV-də məlumatlar yayılıb.

Məlumata görə, Qırğızıstanın paytaxtı Bişkekdə Manas beynəlxalq hava limanına Nazarbayevin ailəsinə məxsus iki şəxsi təyyarə eniş edib. Onlardan birinin Makedoniyadan, digərinin isə Birləşmiş Ərəb Əmirliklərindən gəldiyi iddia olunub. Müəyyən müddətdən sonra isə hər iki təyyarə Bişkeki tərk edib.

Lakin hava limanının məlumat mərkəzi yaydığı açıqlamada bu xəbəri təkzib edib.