Çapa göndər
Meriya binasına hücum edildi

05 yanvar 2022 - 14:34

Qazaxıstanın Almatı şəhərində etirazçılar icra hakimiyyəti binasına daxil olublar.

Sputnik Qazaxıstanın hadisə yerində olan müxbirin sözlərinə görə, aksiya iştirakçıları bir neçə polisi döyüb, onların silahını, dəbilqə və qalxanlarını götürüblər.

Bildirilib ki, birinci mərtəbədəki otaqlardan birində yanğın başlayıb. Davamlı atəş səsləri eşidilir.