Çapa göndər
Gülağa Tənhanın təklifini görüb araşdırma apardıq

05 yanvar 2022 - 09:58

AZpress.AZ saytında xeyriyyəçi-şair Gülağa Qənbərovun ( Tənha ) yenidən qurma işlərinə öz təkliflərini irəli sürməsini görüb bir araşdırma apardıq və “Ata yurdu” adlı qısa sənədli film şəkilində hazırlanmış videoçarx qarşımıza çıxdı. Xaricdə yaşayan həmvətənlimiz günlərin bir günü yurduna gəlir və buraya baxış keçirdir. Təmir-bərpa, tikinti proseslərində qarşılaşdığı gerçəklikləri bölüşür. Əgər sadə vətəndaşından tutmuş iş adamına kimi Dövlət üçün, Vətən üçün nəsə xeyirli bir iş görmək istəyirsə sadəcə ona bunun üçün icazəylə bərabər şərait vermək lazımdır ki, o, öz potensialını layiqincə tədbiq edib layihələr gerçəkləşdirsin. Hər şey bu dünyada Vətənə qalacaq...