Çapa göndər
COVİD xəstəsi küçədə saxlanıldı

04 yanvar 2022 - 10:05

Sabirabad rayonunda koronavirus xəstəsi saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan  bildirilib.

Rayonun Qəfərli kənd sakini E.Quliyevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı araşdırmalar aparılır.