Çapa göndər
Rus sülhməramlılar Xankəndidə humanitar yardım paylayıblar

03 yanvar 2022 - 17:41

Rusiya sülhməramlıları Xankəndidə şəhərindəki uşaq reabilitasiya mərkəzində humanitar aksiya keçiriblər.

Aksiya zamanı sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan 50-yə yaxın uşağa Rusiyadan gətirilmiş yeni il hədiyyələri təqdim edilib.

Bundan başqa sülhməramlılar mərkəzə 40 yorğan, qum terapiyası üçün 40 stol və stul təhvil veriblər.