Çapa göndər
Qonşu ölkədə "Omikron"a 194 nəfər yoluxdu

03 yanvar 2022 - 14:55

İranda covıd-19-un Omicron ştamına yoluxanların sayı günü-gündən artır.

Bunu İranın səhiyyə nazirinin müavini Səid Kərimi deyib.

O bildirib ki, ölkədə koronavirusun Omicron ştamına yoluxanların sayı 194 nəfərə çatıb.

Nazirin sözlərinə görə, Omicrona yoluxmuş şəxs 2-3 gün ərzində digər şəxsləri də yoluxdura bilər.

Qeyd edək ki, bundan öncə İranda Omicron virusuna yoluxanların sayının 159 nəfər olduğu bildirilib.