02 yanvar 2022 - 12:34
Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Keyptaun şəhərində ölkə parlamentinin binasında yanğın başlayıb.
Bu barədə şahidlərə istinadən "Agence France-Presse" agentliyi məlumat yayıb.
Məlumata əsasən, yanğın binanın damında başlayıb və hazırda binanın içərisinə keçib. Yanğını hələki söndürmək mümkün olmayıb.
Yanğının söndürülməsi üzrə dəstək üçün hadisə yerinə əlavə yanğından mühafizə bölmələri cəlb edilir.
Ölənlər və xəsarət alanlar, həmçinin yanğını səbəbi barədə məlumat verilmir.