Çapa göndər
Qəbiristanlıqda 20 məzar dağıdıldı

02 yanvar 2022 - 11:50

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəraitdə dağıdılıb.

Almaniyada naməlum şəxs və ya şəxslər müsəlman qəbiristanlığına hücum edib. Şəhərin girişində yerləşən qəbiristanlıqdakı 100-dən çox məzardan 20-si dağıdılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıb.

Araşdırmalar zamanı müsəlmann məzarlarının Yeni il axşamı yerli vaxtla gecə saat 1- 2 radələrində baş verdiyi təxmin edilir.

Sakinlər dağıdılan qəbirləri düzəltməyə başlayıblar.

Türkiyənin Xarici İşlər Nazirliyi hadisəni pisləyib və cinayətkarların müəyyənləşdirilərək cəzalandırılmasını istəyib.