30 dekabr 2021 - 13:46
"Vətən müharibəsində iştirak edən şəxslər "Müharibə veteranı" adı və vəsiqəsini alandan sonra ödəniş almaq üçün heç bir quruma müraciət etməli deyillər".
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov brifinqdə deyib.
Onun sözlərinə görə, həmin şəxslər bank kartları vasitəsilə hər ay vəsait ala biləcəklər.
Qeyd edək ki, "Müharibə veteranı" adı və vəsiqəsi verilən və aidiyyəti qurumlar tərəfindən "Zəfər" altsisteminə daxil edilən şəxslərə gələn ilin yanvar ayının 1-dən Prezidentin aylıq təqaüdü (80 manat) təyin edilib.