Çapa göndər
Azərbaycanın qaytardığı hərbçi Ermənistanda həbs olundu

28 dekabr 2021 - 11:39

Ermənistanın Apellyasiya Məhkəməsi dekabrın 4-də Azərbaycanın qaytardığı hərbçilərdən biri - N.Y-nin həbsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib.

Hərbçinin həbsi barədə “Sputnik Ermənistan"a onun vəkili Karmen Poqosyan bildirib. 

Bundan əvvəl İrəvanın ümumi yurisdiksiya məhkəməsi hakim Gevork Poqosyanın sədrliyi ilə Ermənistan İstintaq Komitəsinin Xüsusi Mühüm İşlər üzrə İdarəsinin N.Ye-nin həbsi bağlı vəsatətini rədd etmişdi.