Çapa göndər
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 18 il ərzində yol təsərrüfatının yenilənməsi istiqamətində yerinə yetirilmiş işlər +VİDEO

24 dekabr 2021 - 16:12

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 18 il ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub.

 

2003-2021-cı illər ərzində Bakı şəhərində:

83 yol ötürücüsü və tunel tikilib, 4-ü təmir edilib.

99 yeraltı və yerüstü piyada keçidi tikilib, 11-i isə təmir edilib.

2010.5 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.

 

Kəndlərarası avtomobil yolları:

 

2003-2021-ci illər ərzində 6.2 milyon nəfər əhali yaşayan, 2210 yaşayış məntəqəsini birləşdirən kəndlərarası 5.1 min km uzunluğunda avtomobil yolu tikilib,  yenidən qurulub və təmir olunub. 

2003-2021-ci illər ərzində respublika ərazisində:

19.2 min km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.

460 yeni körpü, yol ötürücüsü və avtomobil tuneli  tikilib,  95 ədədi isə təmir edilib.

1 yanvar 2021-ci il tarixinə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə 115 km təşkil edirdisə, bu gün artaraq 935.5 km olub.