Çapa göndər
Bakı Musiqi Akademiyasında "100 illik musiqi ocaqı " adlı sinif konserti keçirildi +FOTO=14

24 dekabr 2021 - 13:09

22 dekabr 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının Kiçik zalında əməkdar müəllim, BMA-nın baş müəllimi, Niyazi adina 22 saylı UMM-in direktoru İlhamə xanım Ağayevanın "100 illik musiqi ocaqı " adlı sinif konserti keçirildi. Qeyd edək ki, bu konsert həm BMA-in 100 illiyinin təntənəsi kimi, həm də İlhamə Ağayevanın 20 ildən artıq olan pedaqoji fəaliyyıtinin mehsulu kimi qiymıtlındirilmılidir. Tıdbirde müxtılif siniflırdın olan şagirdlır ve İlhamə Ağayevanın konservatoriyadaki tələbələri çıxış etdi .Konsertin  proqramı kifayət qədər zəngin idi. İfaçılar Respublika ve Beynəlxalq Müsabiqələr laureatları Dadaşova Elmira, Hacılı  Xədicə, Əhmədova Səidə, Rzayeva Aytac, Kara Aytac və Prezident təqaüdçüsü Abdullayev Toğrul. Olduqca gözəl  və hərtərəfli təşkil olunmuş konsert dinləyicilərin böyük rəğbətini qazandı. İlk olaraq söz İlhamə  Ağayevaya verildi, daha sonra Niyazi adına 22 sayli UMM-in müəllimi Ləman Əhədova BMA-ın 100 illik tarixinə nəzər salaraq konsertin əhəmiyyətindən danışdı ve ardınca ifaçıların musiqi nömrələri elan edildi. Klassik bəstəkarların əsərlərindən ibarət olmuş ve böyük bir zövq verdi. Tədbirdə həmçinin tanınmış musiqiçilər qonaq qismində  iştirak etdi. BMA-ın professorlari Zəhra Quliyeva, Hökumə Əliyeva, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, eləcədə  Niyazi adına 22 sayli UMM-in müəllimləri, şagird və tələbələri iştirak etdi.