Çapa göndər
Rusiyada dəhşətli partlayış baş verdi

21 dekabr 2021 - 15:23

Rusiyanın Çelyabinsk vilayətində qaz kəmərində partlayış baş verib.

Hadisə şahidləri sosial şəbəkələrdə bununla bağlı görüntüləri paylaşıb.

Məlumata görə, hadisə yerinə gələn xilasedicilər klapanları bağlayıb. Yanma hazırda da davam edir. Alovun tam sönməsi üçün boruda qalan qaz tam bitməlidir.

Hadisənin səbəbləri araşdırılır.