Çapa göndər
Ermənistanda 98 nəfər pizzadan zəhərləndi

06 noyabr 2021 - 13:35

Ermənistandakı “Taşir pizza” restoranlar şəbəkəsinin yeməyindən zəhərlənənlərin sayı 98-ə çatıb.

 

Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Onların hamısı xəstəxanalara yerləşdirilib.

 

Qeyd edək ki, “Taşir pizza” zəhərlənmələrə görə fəaliyyətini müvəqqəti olaraq dayandırıb.