Çapa göndər
Müdir işdən çıxmaq istəyən işçini döydü

27 oktyabr 2021 - 18:27

Türkiyənin Şanlıurfa ərazisində təkər sexində baş verən hadisə gündəmə səbəb olub.

İşindən çıxmaq istəyən sex işçisi müdiri tərəfindən şlanqla döyülüb. Hadisə şahidlərinin xəbərdarlığından sonra əraziyə polis cəlb olunub. M.D. adlı sex sahibi həbs edilib.

Barəsində qətimkan tədbiri seçilib. Araşdırma aparılır.