Çapa göndər
Rövşən Əkbərova hökm oxundu: 10 il həbs, 40 min manat da ödəməli olacaq

27 oktyabr 2021 - 18:10

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hökmə əsasən, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.

 

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub.

 

Belə ki, məhkəmə R.Əkbərovdan 40 010 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb.

 

Eyni zamanda məhkəmə R.Əkbərovun hərbi rütbəsini və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.