Çapa göndər
Türkmənistan prezidenti məşhur serialın ssenari müəllifi olduğunu İDDİA ETDİ

27 oktyabr 2021 - 17:47

“Hamınız mənim əsərlərimi yaxşı bilirsiniz, amma ədəbi istedadımın başqa tərəfi də var. Bəzən ssenarilər də yazıram. İndi dünyada məşhur olan "Kalmar oyunu" filminin lentin, süjetin və bütün dialoqların ideyasını mən hazırlamışam".

 

Bu sözləri Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib. Lakin Q. Berdiməhəmmədov onun yaradıcılığını dərin mənasını hər kəsin başa düşmədiyini bildirib.

 

"Şadam ki, işlərim bir daha dünya miqyasında tanınıb. Təəssüf ki, vaxtım az olduğu üçün bunu istədiyim kimi edə bilmirəm. Təkcə son bir ayda dünyanın aparıcı rejissorlarından onlarla əməkdaşlıq təklifi almışam”, - deyə Berdiməhəmmədov bildirib.

 

Qeyd edək ki, “Netflix”in dünyaca məhşur və ən reytinqli ekran işi olan "Kalmar oyunu" (“Squid Game”) hazırda izlənmə rekoru qırır və rejissoru Hvan Don-hekin kimi qeyd olunur.