Çapa göndər
Bu tarixdə Ermənistanda silsilə mitinqlər başlayacaq

25 oktyabr 2021 - 22:58

İrəvanda, eləcə də Ermənistanın digər bölgələrində mitinqlər, yürüşlər və yolların bağlanması ilə müşayiət olunan silsilə aksiyalar keçiriləcək.

 

Bu barədə "Hayastan" fraksiyasının katibi Artsvik Minasyan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, mitinqlərin 9 noyabrdan da tez başlayacağı istisna edilmir. Minasyanın sözlərinə görə, hadisələrin inkişafı mitinq və aksiyaların vaxtını daha da irəli çəkə bilər.

 

Qeyd edək ki, İrəvanda planlaşdırılan mitinqlər Ermənistanın məğlubiyyətinin bir illiyinə həsr olunacaq.