Çapa göndər
Taksi sürücüsü 8-ci sinif şagirdinə təcavüz etmək istədi

22 oktyabr 2021 - 20:28

Azərbaycanda taksi sürücüsü 8-ci sinif şagirdini zorlamaq istəyib.

 

Bu barədə sosial şəbəkələrdə video yayılıb.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Füzuli rayon sakini olan taksi sürücüsünün Beyləqan rayonu ərazisində azyaşlı qıza zorakılıq etmək cəhdi ilə əlaqədar Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.