Çapa göndər
Şəhərə sel gəldiyi üçün toya qazanın içində getdilər

20 oktyabr 2021 - 21:55

Hindistanın Kerala bölgəsi hazırda intensiv yağıntılardan əziyyət çəkir. Sel suları küçələri sanki çaya döndərib.

 

Belə bir şəraitdə toya tələsən ailə maraqlı üsula əl atıb. Onlar el şənliyinə nəhəng qazanın içərisində yollanıblar.

 

Sosial şəbəkələrdə yayılan görüntülər görənləri xeyli güldürüb.

 

Qeyd edək ki, bölgədə yaşanan təbii fəlakət nəticəsində onlarla insan həlak olub.