Çapa göndər
“Facebook”un adı dəyişdirilir

20 oktyabr 2021 - 16:59

Dünyanın ən məşhur sosial media platformalarından biri olan “Facebook” şirkəti adını dəyişdirməyi planlaşdırır.

 

Bu barədə "The Verge" nəşri məlumat yayıb.
 

Qeyd olunub ki, "Facebook"un baş direktoru Mark Zukerberq oktyabrın 28-də keçiriləcək konfransda şirkətin yeni adını açıqlayacaq. Lakin adın bundan daha tez açıqlana biləcəyi də istisna edilmir.
 

Hazırda dünyada "Facebook" istifadəçilərin sayı 2 milyard nəfərdən çoxdur. "Facebook" şirkəti eyni adlı sosial şəbəkə ilə yanaşı, "Instagram", "WhatsApp" və "Oculus"a sahibdir.