Çapa göndər
Qaxda iki uşaq göbələkdən zəhərlənib öldü

20 oktyabr 2021 - 11:48

Baş Prokurorluq Qax rayonunda iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırmalara başlayıb.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, rayonun Tasmalı kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər. M.Qasımlı və İ.Qasımzadə vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.