Çapa göndər
"Azəriqaz" qazın qiymətinin qalxmasının səbəbini AÇIQLADI

16 oktyabr 2021 - 19:36

Azərbaycanda təbii qazın qiymətinin qiymətinin qalxmasının bir çox obyektiv və subyektiv səbəbləri var.

 

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib.

 

Ruslan Əliyev deyib ki, ilk növbədə dövlət zərərlə işləyən və büdcəyə yük olan sahələri iqtisadi asılılıqdan çıxarmağa çalışır:

 

"Birinci səbəb odur ki, istehlakçı sayının çoxalması dövlətin xərclərinin artmasını qaçılmaz edir. Digər səbəb isə beynəlxaq bazarda qaz və qaz avadanlıqlarının bahalaşmasıdır. Koronavirus pandemiyasının nisbətən azalması fonunda dünya bazarında canlanma müşahidə olunur ki, bu da bahalaşmanı şərtləndirən amillərdən biridir”.