Çapa göndər
Ticarət mərkəzində yanğın baş verib +VİDEO

16 oktyabr 2021 - 10:33

Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla bağlı metronun "Nəriman Nərimanov" stansiyasının bir çıxışı bağlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

Hazırda FHN əməkdaşları hadisə yerində yanğının tam söndürülməsi prosesini icra edir.

Yanğınla əlaqədar bir neçə marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

"Yanğın səbəbindən tətbiq edilən məhdudiyyətlə əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində bəzi dəyişiklər olub və gecikmələr müşahidə olunur".