Çapa göndər
17 yaşlı tələbə intihar etdi

11 oktyabr 2021 - 12:50

Sabirabadda 17 yaşlı gənc özünü asaraq intihar edib.

Sabirabad rayonunun Bulaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyev Elmir Məhəmməd oğlu özünü yaşadıqları evin həyətindəki yarımtikilidə asıb.

Qeyd edək ki, E.Mirzəyev Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olub.

Faktla bağlı Sabirabad prokurorluğu tərəfindən araşdırma aparılr.