Çapa göndər
Ronaldonun 12 ildir davam edən məhkəməsində yeni iddia

09 oktyabr 2021 - 18:22

Məşhur futbolçu Kriştiano Ronaldonun Katrin Mayorqaya təcavüz etməsi iddiası ilə olan məhkəmədə 12 il sonra yenilik olub.

 

Ronaldo və vəkili illərdir Katrinin iddialarını rədd edir.

 

Mayorqa həmin ərəfədə Ronaldonun 25 yaşında olduğunu və gecə klubunda tanış olduqlarını deyib. Daha sonra birlikdə otelə getdiklərini söyləyən qız futbolçunun ona təcavüz etdiyini bildirib.

 

Ronaldo cinsi əlaqənin qarşılıqlı istəklə baş verdiyini söyləyib. 2009-cu ildə olan iddiadan sonra Las-Veqas məhkəməsi hüquqşünasların oğurlanmış sənədlər istifadə etdiyini bildirib. Nevadadakı sülh hakimi Katrinin iddialarına qarşı futbolçu və vəkilinin yanında yer alıb.

 

Katrin və vəkili sülh hakimi Daniel Albreqtsin məhkəməni oğurlanmış və saxta sənədlər hesabına idarə etdiyini deyərək, ona qarşı iddia qaldırıb.