Çapa göndər
Sosial şəbəkələrdəki nasazlığın səbəbi AÇIQLANDI

05 oktyabr 2021 - 11:00

“Məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdə cavabdeh olan magistral marşrutlaşdırıcılarda konfiqurasiya dəyişiklikləri şəbəkənin kəsilməsi ilə nəticələnib”.

Bu barədə “Facebook” şəbəkəsinin məlumatına deyilir.

Bildirilib ki, şəbəkə trafikindəki pozulma məlumat emalı mərkəzlərinin işinə təsir göstərib, nəticədə tətbiq və xidmətlərin fəaliyyəti dayanıb:

“Sosial şəbəkənin, eləcə də “İnstagram” və “WhatsApp”ın işində nasazlıq istifadəçi məlumatlarının oğurlanmasına səbəb olmayıb”.