Çapa göndər
Mark Zukerberq 6,6 milyard dollar itirdi

04 oktyabr 2021 - 23:56

Feysbuk qurucusu Mark Zukerberq sosial şəbəkələrin (Feysbuk, Vatsap və İnstaqram) fəaliyyətində qlobal miqyasda yaranan nasazlığa görə 6,6 milyard dollar pul itirib və dünyanın ən zəngin insanları siyahısında 6-cı pilləyə enib.

Bu barədə “Forbes Real Tayms” məlumat yayıb.

Bildirilib ki, M.Zukerberqin sərvəti 116,1 milyard dollara qədər düşüb.