Çapa göndər
İbrahim Tatlısəsə HƏBS CƏZASI VERİLDİ

23 sentyabr 2021 - 14:36

Müğənni İbrahim Tatlısəsin "Tatlıses TV"nin baş meneceri olaraq çalışan Fulya Akbay Toprakı hədələdiyi və təhqir etdiyi iddia olunub. 4 ilə qədər həbs cəzasına məhkum edilməsi gözlənilən şikayətlə bağlı yekun qərar verilib.

 

Məhkəmədə Fulyanın vəkili Şeyda Yıldırım ifaçının müvəkkilinə təhqiramiz mesajlar göndərdiyini də bildirib.

 

Tatlısəs isə öz növbəsində ona ünvanlanan ittihamları inkar edərək "Şirkət işlərini Fulya və digər işçilərə həvalə etmişdim. Daha sonra şirkətdə qanun pozuntuları olduğunu öyrəndim və işlərinə son verdim. Sözügedən mesajlar mənə aid deyil" deyib.

 

3 həftə əvvəl yekunlaşan iddiham davasının nəticəsi açıqlanıb. Məhkəmə İbrahim Tatlısəsə təhqir etdiyi üçün 740 lirə cərimə və təhdid ittihamı ilə əlaqədar 2 ay 15 gün həbs cəzası verib.

 

Məhkəmə hökmün elan edilməsini təxirə salıb.