Çapa göndər
Radarlardan itən “An-26” təyyarəsinin qalıqları tapıldı

23 sentyabr 2021 - 10:14

Rusiyanın Xabarovsk diyarında dünən radarlardan itən “An-26” markalı təyyarəsinin qalıqları tapılıb.

 

Məlumatı “RİA Novosti” yayıb.

 

"Ehtimala görə “Spartak” dağ-xizək bazası ərazisində təyyarənin qırıntıları aşkarlanıb. Havadakı buludluluq dağılır. Görünüş yaxşılaşır. Mi-8 eniş etməyi planlaşdırır", - mənbə agentliyə bildirib.

 

Dünən axşam axtarış işləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı. Səhər Xabarovsk diyarına – təyyarənin qalıqlarının olduğu ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin M-8 helikopteri göndərilib. Əraziyə həmçinin Rusiya aviasiyasının təyyarəsi cəlb edilib.

 

Axtarış işlərinə ümumilikdə 70 xilasedici və 20 texnika cəlb olunub.

 

Təyyarənin göyərtəsində 6 nəfər olub. Onların aqibəti barədə məlumat verilmir. 

 

İlkin məlumata görə, qəzaya əlverişisiz hava şəraiti səbəb olub.