Çapa göndər
Kosmosda film çəkiləcək- Rsuiyadan bir İLK

20 sentyabr 2021 - 15:26

Rus əsilli iki kosmonavt və iki rejissordan ibarət bir komanda gələn ay kosmosda film çəkəcək.

 

Rusiyadan edilən açıqlamaya görə, filmdə bir kosmonavtın həyatını xilas edən həkimdən bəhs ediləcək. Burada hər hansı elmi araşdırma məqsədi güdülmür.

 

Rejissor və aktyor Klim Shipenko mətbuat konfransında "Bu film, kosmosun araşdırılması ilə heç bir əlaqəsi olmayan və heç ağlına belə gəlməyən, səyahət edən adi bir insanın hekayəsidir", - deyə qeyd edib.

 

Komandadakı peşəkar kosmonavtlar da filmdə görünəcəklər. Komandir Anton Shkaplerov "Filmdə rol almayacağam, amma yenə də kosmos kimi qeyri - adi bir yerdə film çəkməyi öyrənməliyəm", - deyə həvəslə bildirib.