Çapa göndər
Bakı və Tehran Gorus-Qafan yolu ilə bağlı müzakirə apardı

18 sentyabr 2021 - 18:22

İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.

Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrindəki yeni vəziyyət və Gorus-Qafan yolunda yeni nəqliyyat şəraiti və digər əlaqəli mövzular müzakirə olunub.