14 sentyabr 2021 - 20:37
Bu gün Bakıda “Leyla Medical Center”də dördəm dünyaya gəlib.
Bu barədə mətbuat xidmətinin rəhbəri Samir Şirvanzadə məlumat verib. O qeyd edib ki, hazırda uşaqların vəziyyəti normaldır:
“Düşük təhlükəsi olduğuna görə, onların əməliyyatı 33-cü həftədə həyata keçirilib. Körpələr ailənin ilk övladlarıdır. Valideynlərdə sonsuzluq problemi olduğuna görə, uşaqlar süni mayalanma ilə dünyaya gəliblər”.
Şirvanzadənin sözlərinə görə, körpələr 10-15 gündən sonra klinikadan evə buraxılacaqlar.
Qeyd edək ki, ana - Ülviyyə Sofiyevanın 30, ata - Hüseynbala Sofiyevin isə 32 yaşı var. Hər ikisi Zaqatala rayonundandır (qafqazinfo).