Çapa göndər
İkinci çeçen müharibəsinin rusiyalı generalı öldü

14 sentyabr 2021 - 12:45

Rusiyanın Şimali Qafqazdakı Birləşmiş qoşunlarının keçmiş komandanı, Rusiya qəhrəmanı, general Viktor Kazansev 76 yaşında ölüb.

Bu barədə Rusiya Cənub Hərbi Dairəsinin nümayəndəsi məlumat verib.

Bildirilib ki, V.Kazansev 1999-2000-ci illərdə İkinci çeçen müharibəsində Rusiya hərbçilərinə başçılıq edib. 2000-2004-cü illərdə Rusiya Prezidentinin Cənub federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi olub. O, çeçen müharibəsində sərtliyi və barışmazlığı ilə fərqlənib.RİA Novosti