Çapa göndər
Səyyad Əlizadə koronavirusa yoluxdu - Süni nəfəs aparatına qoşulub

13 sentyabr 2021 - 13:45

Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.

Bunu müğənninin qohumu Razim Qarayev deyib.

O bildirib ki, S.Əlizadə 10 gün əvvəl COVİD-19 infeksiyasına yoluxub: "Ötən gün vəziyyəti ağırlaşıb. Axşam təcili yardım çağırmışdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsindədir və süni nəfəs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır".