Çapa göndər
Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü

13 sentyabr 2021 - 11:43

Ağstafada dəhşətli qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

Kənddə fəaliyyət göstərən kafelərin birində düşən mübahisə zamanı 2 qardaş – Zeynalov Yaşar Əmirxan oğlu və 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Qardaşlardan biri – ürək nahiyəsindən bıçaq xəsarətləri alan Yaşar Zeynalov hadisə yerində dünyasını dəyişib. Müşfiq Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğludur.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.