Çapa göndər
Şəhid Elnur Cabbarovun anım mərasimi keçirilib (+FOTO=5, +VİDEO)

11 sentyabr 2021 - 16:27

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elnur Cabbarovun anım mərasimi keçirilib.

 

Anım mərasimində şəhidin ailə üzvləri, döyüş və hərbçi yoldaşları, Laçın rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Sonra şəhidin şərəfli həyat yolundan, Vətənimiz uğrunda fədakarlıqla döyüşdüyündən, xalqına, dövlətə və hərbi anda sədaqətindən söz açılıb.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Elnur Cabbarovun həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub, vətənpərvərlik  və igidliyi tərənnüm edən musiqilər səsləndirilib.