Çapa göndər
Yaponlar insanın ömrünü 50 il uzatmaq təcrübəsini sınayacaqlar

11 sentyabr 2021 - 13:11

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub.

Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçün insan hüceyrələrini dəyişdirə biləcək texnologiya hazırlayır. Araşdırma Nobel Mükafatı almış yapon alimi "Yamanaka Shin"n təcrübələrinə əsaslanır.

Qeyd edək ki, "Altos Labs" mütəxəssisləri bir insanın ömrünü 50 il uzadacaq üsul kəşf etməyi planlaşdırırlar.